Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo karyerası ilə bağlı qərarını açıqladı

10:26 - 3 İyul 2026 tarixində dərc olunub.

Beşqat "Qızıl top" mükafatı sahibi Kriştiano Ronaldo 2026-cı il Dünya Kubokundan sonra karyerasını Portuqaliya milli futbol komandasında davam etdirib-etdirməyəcəyinə qərar verəcək.

Ucnoqta.az xəbər verir ki, oyunçunun şərhi "A Bola" qəzetində dərc olunub.

"Hazırda gələcəyimin əhəmiyyəti yoxdur. Hər şeyi düşünmək üçün vaxtım olacaq. Turnirdən sonra, qalib gəlsək də, məğlub olsaq da, ailəmlə danışıb sonra düzgün hesab etdiyim qərarı verəcəyəm. Artıq tələsik qərarlar vermirəm - hər şeyə sakit və şüurlu şəkildə yanaşıram. İndi isə sadəcə bu andan zövq almalıyam" - Ronaldo deyib.

Portuqaliyalı oyunçunun 41 yaşı var.

Müəllif: Ucnoqta.az redaksiyası