Ucnoqta.az
www.ucnoqta.az

Xoşqədəm Hidayətqızı Doğuşla birlikdə Seda Sayanın proqramında - FOTO

09:57 - 3 İyul 2026 tarixində dərc olunub.

Xoşqədəm Hidayətqızı əri Doğuşla birlikdə Seda Sayanın proqramında qonaq olub.

Verilişdən sonra aparıcı sosial şəbəkə hesabında paylaşım edib.

O, Türkiyədə qarşılaşdığı diqqət və sevgidən bəhs edib, Seda Sayanla bir araya gəlməkdən məmnunluğunu ifadə edib:

“Türkiyədə də, doğma Vətənim Azərbaycandakı kimi, məni öz doğmaları kimi qucaqlayan, bağrına basan minlərlə insan var. Mən bunu Allahın mənə bəxş etdiyi ən böyük lütflərdən biri hesab edirəm.

Əzizim Seda xanım, sizinlə zaman-zaman eyni ekranı paylaşmaq mənim üçün böyük məmnuniyyətdir”.

Müəllif: Ucnoqta.az redaksiyası