Ucnoqta.az
www.ucnoqta.az

Bu səbəbdən oyunçular meydandan qovulmayacaqlar

23:49 - 2 İyul 2026 tarixində dərc olunub.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) qarşıdurmalar zamanı ağızlarını bağladıqlarına görə oyunçunun meydandan qovulmasına icazə verən bir qayda tətbiq etməyəcək.

Ucnoqta.az bildirir ki, bu barədə The Athletic məlumat verib.

Dünya Çempionatı başlamazdan əvvəl Beynəlxalq Futbol Federasiyası (FIFA) bir neçə qayda dəyişikliyi etdi. İndi ağzını əli, çiyni və ya köynəyi ilə bağlayan hər hansı bir oyunçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər söhbətin məzmununu televiziya kameralarından gizlətmək cəhdi hesab olunur.

Müəllif: Ucnoqta.az redaksiyası