Ucnoqta.az
www.ucnoqta.az

Avropa və Kanada müdafiə xərclərini 250 milyard dollar artıracaq - Rutte

22:55 - 2 İyul 2026 tarixində dərc olunub.

Kanada və Avropa ölkələri növbəti iki il ərzində müdafiəyə əlavə 250 milyard dollar xərcləyəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə bildirib.

Ruttenin sözlərinə görə, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək Şimali Atlantika Alyansının qarşıdan gələn sammitinin əsas mövzusu bir il əvvəl verilən vədlərin icrası olacaq. "Bir il əvvəl Haaqada keçirilən sammit vədlər haqqında idi.

Bu sammit vəsaitlər, müdafiə sənayesi istehsalının həcmi və Ukraynaya dəstək baxımından icra ilə bağlı olacaq", NATO-nun baş katibi qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası