Ucnoqta.az
www.ucnoqta.az

Fon der Lyayen NATO-nun Ankara sammitində iştirak edəcək

14:29 - 2 İyul 2026 tarixində dərc olunub.

Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayen 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan NATO sammitində iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə AK-nın sözçüsü Paula Pinho Brüsseldə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, çərşənbə axşamı Avropa Komissiyasının prezidenti Türkiyənin Ankara şəhərində olacaq və orada NATO sammitində iştirak edəcək və sammit çərçivəsində müdafiə sənayesi forumunda çıxış edəcək.

NATO sammitinin əsas mövzusu Avropa ölkələrinin hərbi xərclərini artırmaq olacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası