Gürcüstanın Kulevi limanındakı neft emalı zavodu 2026-cı ilin avqust-sentyabr aylarında Rusiya neftinin idxalını tamamilə dayandırmağı planlaşdırır.
Ucnoqta.az bildirir ki, bu barədə zavodun sahibi olan Black Sea Petroleum (BSP) məlumat verib.
Qeyd olunur ki, bu ilin avqust-sentyabr aylarından etibarən şirkət yalnız Rusiyadan kənar xam neftin emalına başlayacaq. Bu, Black Sea Petroleum məhsulları üçün yüksək gəlirli bazarlara çıxış imkanı yaradacaq.
Şirkətin məlumatına görə, 2026-cı ilin birinci yarısında neft emalı həcmi 650.000 tonu keçib. BSP beynəlxalq texnologiya korporasiyası Honeywell ilə tərəfdaşlığını genişləndirərək avadanlıqların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədarükü və tətbiqini həyata keçirib. Şirkət 2027-ci ilin birinci rübündə daxili və ixrac bazarları üçün yol bitumunun istehsalına başlayacaq, ikinci rübdə isə aviasiya yanacağının istehsalı planlaşdırılır.