Ucnoqta.az
www.ucnoqta.az

Almaniyada xəstəxanada baş verən yanğında 34 nəfər xəsarət alıb

09:33 - 2 İyul 2026 tarixində dərc olunub.

Şimali Almaniyanın Meklenburq-Örnopommern əyalətinin Lüdviqslust şəhərindəki xəstəxanada baş verən yanğında ən azı 34 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, DPA xəbər agentliyi bu barədə yerli polisə istinadən məlumat yayıb.

İşçilərin və xəstələrin binadan təxliyəsi davam edir. Hələlik məlum olmayan səbəbdən baş verən yanğın xəstəxananın damında yerli vaxtla səhər saat 4:28 radələrində baş verib. Əlavə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası