Bosniya və Herseqovina hücumçusu Edin Dzeko Dünya Çempionatının pley-off matçında oynayan 40 yaşdan yuxarı ilk oyunçusu oldu.
Ucnoqta.az xəbər verir ki, hücumçu ABŞ-a qarşı 1/16 final matçında start heyətində meydana çıxıb. Oyun günü Dzekonun 40 yaş 106 günlüyü tamam olub. Bu yaş rekordu İngiltərənin keçmiş qapıçısı Peter Şilton tərəfindən saxlanılır. O, 1990-cı il Dünya Çempionatında üçüncü yer uğrunda matçda 40 yaş 292 günlüyündə oynamışdı. 24 saatdan az müddətdə Portuqaliyalı Kriştiano Ronaldo 1/16 final matçında Xorvatiyaya qarşı 41 yaş 147 günlüyündə bu rekordu keçə bilər.