Ucnoqta.az
www.ucnoqta.az

MİQ-ə ərizə verənlərin sənədləri TƏSDİQLƏNDİ

23:20 - 1 İyul 2026 tarixində dərc olunub.

Xəbər verildiyi kimi, iyun ayının 3-10 tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin elektron sənəd qəbulu mərhələsi aparılıb.

Ucnoqta.az xəbər verir ki, MİQ imtahanlarına kimin buraxılıb-buraxılmayacağı artıq məlum olub. Belə ki, artıq namizədlərin şəxsi səhifələrinə bununla bağlı bildirişlər göndərilməyə başlnaılıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov bildirib ki, bu həftə ərzində Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının növbəti mərhələsinin tarixi ictimaiyyətə açıqlanacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi olmaqla 4 mərhələdən ibarətdir.

Müəllif: Ucnoqta.az redaksiyası