Ucnoqta.az
www.ucnoqta.az

Fərid Əhmədov Türkiyənin ədliyyə naziri ilə görüşüb

17:57 - 1 İyul 2026 tarixində dərc olunub.

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürlek ilə görüşüb.

Ədliyyə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, nazir Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.

Hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal həllərin tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələrin və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin hüquq sahəsində inteqrasiyanın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ucnoqta.az redaksiyası