Ermənistan Konstitusiya Məhkəməsi seçki işi üzrə ərizələrin araşdırılmasını başa çatdırıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin ərizələrinin araşdırılmasını başa çatdırıb və Məhkəmə qərarını elan etmək üçün müşavirə otağına çəkilib.
Hökmün elan edilməsi üçün son tarix 4 iyuldur. Dinləmə zamanı Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan siyasi qüvvələr tərəfindən verilən ərizələr üzrə qərarın 4 iyul günün sonuna qədər elan ediləcəyini açıqlayıb.