Ucnoqta.az
www.ucnoqta.az

İranın "nüvəsizləşdirilməsi" çox yaxşı gedir - Tramp

16:56 - 1 İyul 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp İranın "nüvəsizləşdirilməsi"nin çox yaxşı getdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu qiymətləndirməni Şimali Dakotaya işgüzar səfərə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə verdiyi müsahibədə edib.

"İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir. Çox yaxşı görüşlərimiz oldu. Bildiyiniz kimi, biz onlara üç gecədir ki, çox sərt zərbələr endiririk, amma işlər çox yaxşı gedir. Mən buna nüvəsizləşdirmə deyirəm, bu baş verir. Hər şey yaxşı gedir", - deyə o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası