Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni təyinat olub.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci feysbuk hesabında paylaşım edib.
Məlumatda bildirilir ki, o, 2001–2005-ci illərdə Azərbaycan Dillər Universitetində Filologiya (İngilis dili) ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə isə Dilşünaslıq ixtisası üzrə magistr təhsili alıb.
Qeyd olunub ki, Vüqar Əyyubov əmək fəaliyyətinə 2010-cu ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi başlayıb. O, 2017-ci ildə həmin təhsil müəssisəsində şöbə müdiri, 2019-cu ildən isə tədris işləri üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib.
Məlumata görə, təhsil sahəsində uzunillik təcrübəyə malik olan Vüqar Əyyubov tədris prosesinin səmərəli təşkili, təlim fəaliyyətinin idarə olunması, akademik keyfiyyətin yüksəldilməsi və ümumilikdə təhsilin idarəedilməsi istiqamətlərində zəngin peşəkar təcrübəyə sahibdir.