Ucnoqta.az
www.ucnoqta.az

"Hizbullah"ın maliyyə infrastrukturuna qarşı sanksiyalar tətbiq edilib

22:00 - 30 İyun 2026 tarixində dərc olunub.

ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri "Hizbullah"ın maliyyə infrastrukturunda iştirak edən beş quruma qarşı birgə sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Əl Mərkəziya" xəbər agentliyi Terrorla Mübarizə Maliyyələşdirmə Mərkəzinin (CTFC) açıqlamasına istinadən məlumat yayıb.

Siyahıya iki xeyriyyə təşkilatı - "Əl-Qard əl-Həsən" və "Beyt əl-Mal", eləcə də Livanda "Hizbullah"ın hərbi və sosial fəaliyyətlərini dəstəkləyən üç şirkət daxildir.

Sanksiyalar təşkilatın maliyyə şəbəkəsindəki 16 əsas şəxsə, o cümlədən valyuta şurasının rəhbəri İbrahim Əli Dağerə qarşı sanksiyalar tətbiq edib.

Müəllif: Ucnoqta.az redaksiyası