Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məşhur MMA döyüşçüsünün meyiti tapıldı - FOTO

21:25 - 30 İyun 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.

Ucnoqta.az Qafqazinfo-ya istinadən hadisənin təfərrüatlarını təqdim edir.

Belə ki, hadisə 28 iyun saat 19 radələrində Şıx çimərliyində baş verib.

Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb. Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası