Ucnoqta.az
www.ucnoqta.az

Netanyahu və İsrail müdafiə naziri Livanla sərhədə getdilər

21:01 - 30 İyun 2026 tarixində dərc olunub.

İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz Livanın cənubuna səfər ediblər.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin ofisinin məlumatına görə, onlar İsrail hərbi nəzarəti altında olan sərhəd ərazilərinə - sözdə təhlükəsizlik zonasına baş çəkiblər.

Səfər zamanı onlar İsrail hərbi komandanlığı ilə görüşlər keçiriblər və ölkə rəhbərliyinə əməliyyat vəziyyəti barədə məlumat verilib. Baş nazir bir daha təkrarlayıb ki, İsrail ordusu "Hizbulla"hın silahlı bölmələrindən təhlükə olduğuna inandığı müddətcə Livan ərazisindən çəkilməyəcək.

"Hizbullah burada olduğu və bizi təhdid etdiyi müddətcə biz qalacağıq. Əmrimiz budur: təhlükə görsəniz, hərəkətə keçin", - deyə Netanyahu əsgərlərə müraciət edərək bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası