2025-ci ilin oktyabr ayından bəri anklavda qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında son bir gündə İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində ən azı 8 fələstinli həlak olub, 26 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu cür məlumatlar sektorun Səhiyyə Nazirliyi tərəfindən Telegram kanalında dərc edilib.
Nazirliyin məlumatına görə, atəşkəsin başlanğıcından bəri İsrail ordusunun Qəzzada hərəkətləri nəticəsində 1053 yerli sakin ölüb, 3400-dən çox insan xəsarət alıb.