Ucnoqta.az
www.ucnoqta.az

ABŞ LRASM uzaqmənzilli qanadlı raketindən istifadə edərək təlimlər keçirib

13:41 - 30 İyun 2026 tarixində dərc olunub.

ABŞ Hərbi Hava Qüvvələri Sakit Okeanda gəmi batırma təlimləri zamanı LRASM (Uzunmənzilli Gəmi Əleyhinə Raket) uzunmənzilli qanadlı raketinin uğurlu sınağını keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı veb saytında məlumat yayıb.

Bildirilir ki, Sakit Okean Hərbi Hava Qüvvələri Mariana adalarının şimalında B-2 Spirit bombardmançı təyyarəsindən istifadə edərək gəmi batırma təlimini uğurla keçirib. B-2-dən uzunmənzilli qanadlı raket buraxılıb.

Qeyd olunur ki, LRASM raketlərinin tətbiqi Sakit Okean Hərbi Hava Qüvvələri üçün dəniz təhdidlərinə qarşı mübarizədə mühüm addım olub.

Müəllif: Ucnoqta.az redaksiyası