Bakıda 9 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Məlumata görə, 2017-ci il təvəllüdlü M.M. 5-ci mərtəbədə yaşadığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin ağır olduğu bildirilir.