Ucnoqta.az
www.ucnoqta.az

Bağlı qalan daha 12 cinayətin üstü açılıb - 205 nəfər saxlanılıb

10:47 - 30 İyun 2026 tarixində dərc olunub.

 İyunun 29-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 205, o cümlədən borclu şəxs qismində axtarışda olan 178 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası