Ucnoqta.az
www.ucnoqta.az

Emin Əmrullayev sertifikatlaşdırmadan keçən müəllimlərdən danışdı

10:11 - 30 İyun 2026 tarixində dərc olunub.

İlk dəfə bütün müəllimlər sertifikatlaşdırmadan keçib.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırılması islahatı Azərbaycan təhsilinin keyfiyyətinə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, 2022-ci ildən bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib.

“İlk dəfədir ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırmadan keçiblər”, – Emin Əmrullayev vurğulayıb.///apa

Müəllif: Ucnoqta.az redaksiyası