Hindistanın Qərbi Benqal əyalətində yerləşən Haldia Petrochemicals neft-kimya şirkətinə məxsus boru kəmərində böyük yanğın baş verib və nəticədə ən azı 35 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə hadisənin baş verdiyi Midnapor rayon administrasiyası məlumat verib.
Hakimiyyət orqanlarının məlumatına görə, bir neçə nəfərin vəziyyəti ağırdır. Hadisə yerində 10-dan çox yanğınsöndürmə briqadası işləyir. Tələfat barədə məlumat yoxdur. Yanğın səbəbindən yaxınlıqdakı dəmir yolunda nəqliyyatın hərəkəti dayandırılıb.