Ucnoqta.az
www.ucnoqta.az

Göyərtəsində 173 sərnişin olan təyyarə uçuş-enmə zolağından çıxdı

07:24 - 30 İyun 2026 tarixində dərc olunub.

Nəqliyyat prokurorluğu Sibir Hava Yollarına məxsus təyyarənin eniş zamanı uçuş-enmə zolağından çıxması ilə bağlı araşdırmaya başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat verib.

İlkin məlumatlara görə, Novosibirskdən Mirniyə uçuş həyata keçirən Sibir Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi Saxa Respublikasında (Yakutiya) Mirni hava limanına eniş etdikdən sonra uçuş-enmə zolağından çıxıb.

Təyyarənin göyərtəsində 173 sərnişin və altı heyət üzvü olub. Xəsarət alan olmayıb. Hadisənin səbəbi və şəraiti araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası