Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazidə evlər sökülür - 1200 manat kompensasiya veriləcək

14:08 - 29 İyun 2026 tarixində dərc olunub.

Paytaxtda Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb.

Ucnoqta.az xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır.

Məlumata əsasən, sökülən tikililər və həyətyanı sahələrdə yerləşən bəzi tikinti elementləri, eləcə də ağaclar üçün kompensasiya ödənişləri həyata keçirilir. Fərdi yaşayış evlərinə görə verilən kompensasiyanın məbləği 1200 manat təşkil edir.

Qeyd edək ki, söküntü işləri başa çatdıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkəti təmin ediləcək. Dövlət Proqramına əsasən, təkcə Yeni Suraxanı–Hövsan deyil, Bakıxanov–Binə, Qala və Zabrat–Maştağa bağlar dəmir yolu xətlərinin də mərhələli şəkildə bərpası nəzərdə tutulur.

///banker.az

Müəllif: Ucnoqta.az redaksiyası