İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında hava hücumu zamanı Fələstin radikal "İslam Cihadı" qrupunun bir döyüşçüsünü öldürdüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ-nin açıqlamasında deyilir.
İddia olunur ki, ahir Brahim Xəlil Əbu Salemi 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumda və israillilərin qaçırılmasında iştirak edib.
İMQ bildirib ki, Əbu Salem Qəzza zolağında fəaliyyət göstərən İMQ qoşunları üçün təhlükə yaradırdı və hava hücumunda öldürülüb.