Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

12:02 - 29 İyun 2026 tarixində dərc olunub.

Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası