Ucnoqta.az
www.ucnoqta.az

Bağlı qalan daha iki cinayətin üstü açıldı

10:16 - 29 İyun 2026 tarixində dərc olunub.

İyunun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası