Ucnoqta.az
www.ucnoqta.az

Paytaxt yollarında tıxac var - Siyahı

08:13 - 29 İyun 2026 tarixində dərc olunub.

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası