Ucnoqta.az
www.ucnoqta.az

Latviya və Ukrayna Rusiya sərhəddə PUA istehsalı zavodu tikəcəklər

07:21 - 29 İyun 2026 tarixində dərc olunub.

Latviya və Ukrayna Latviyanın Rusiya və Belarusla sərhədi yaxınlığında pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək zavod tikməyi planlaşdırırlar.

Ucnoqta.az xəbər verir ki, LSM portalının məlumatına görə, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs Latqaledəki hərbi bazaya səfəri zamanı bildirib.

O, Latviya sərhədində birgə PUA istehsalı zavodunun yaradılması da daxil olmaqla, Latviya və Ukrayna arasında hərbi sənayedə əməkdaşlığın inkişaf etdirməyi planlaşdırıldığını deyib.

Kulberqs həmçinin bildirib ki, Latviya hava məkanına daxil olan PUA-lar tutucu dronlar vasitəsilə məhv ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası