Xilasetmə qrupları Venesuelada Karina yaşayış kompleksinin dağıntıları altında basdırılmış canlı bir it tapıblar.
Ucnoqta.az bildirir ki, bu barədə Salvador prezidenti Nayib Bukele X-də məlumat verib.
O, həmçinin itin potensial sahiblərini xilasedicilərlə əlaqə saxlamağa və onlara mobil telefonlarında foto və ya video göstərməyə çağırıb ki, ev heyvanını onlara qaytara bilsinlər.
Xatırladaq ki, 24 iyun axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb.