Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə İsrailin qətnamə qəbul etməsini pisləyib

00:22 - 29 İyun 2026 tarixində dərc olunub.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Erməni Soyqırımını tanımaq qərarını pisləyib, bunu siyasi motivli və Qəzza zolağındakı soyqırımı ört-basdır etmək cəhdi adlandırıb.

Ucnoqta.az xəbər verir ki, Türkiyə diplomatik nümayəndəliyinin bəyanatında deyilir:
"Fələstin xalqını bütün dünyanın gözü qarşısında sistematik şəkildə təqib edən və Qəzza xalqının soyqırımına görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısında mühakimə olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı siyasi motivli qərar qəbul etməklə öz cinayətlərini ört-basdır etməyə çalışır".

Bəyanatda əlavə edilib ki, "Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini mülki əhaliyə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmağa davam edəcək".

Müəllif: Ucnoqta.az redaksiyası