Ucnoqta.az
www.ucnoqta.az

Levandovskinin yeni klubu məlum oldu

22:02 - 28 İyun 2026 tarixində dərc olunub.

Polşalı hücumçu Robert Levandovski Şimali Amerika Böyük Liqasının (MLS) "Çikaqo Fayr" klubu ilə müqavilə imzalayacaq.

Ucnoqqta.az bildirir ki, jurnalist Fabritsio Romano bu barədə sosial media səhifəsində məlumat verib.

Razılaşmanın gələn həftənin əvvəlində yekunlaşacağı gözlənilir. İki həftə əvvəl polşalı klubun Çikaqodakı qərargahında danışıqlarda iştirak edib.

Levandovskinin 37 yaşı var. O, 2010-cu ildən 2014-cü ilə qədər "Borussiya Dortmund", 2014-cü ildən 2022-ci ilə qədər isə "Bavariya"da oynayıb və onunla birlikdə səkkiz Almaniya çempionluğu, üç Almaniya Kuboku, bir Çempionlar Liqası titulunu və bir UEFA Super Kubokunu qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası