Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda vaqon yandı - FOTO

20:53 - 28 İyun 2026 tarixində dərc olunub.

Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.

Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.

Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası