Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda ağır qəza: ölən və xəsarət alanlar var

21:16 - 27 İyun 2026 tarixində dərc olunub.

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası