Ucnoqta.az
www.ucnoqta.az

"mygov"da müəmmalı tibbi qeydlər – Vətəndaşlar getmədikləri xəstəxanalarda müayinə olunub?

19:31 - 27 İyun 2026 tarixində dərc olunub.

"mygov" platformasında vətəndaşların tibbi xidmət məlumatlarına çıxış imkanının yaradılması bəzi müzakirələrə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, platformaya daxil olan bəzi istifadəçilər heç vaxt müraciət etmədikləri tibb müəssisələrində həkim qəbulunda olduqları və onlara tibbi xidmət göstərildiyi barədə qeydlərlə qarşılaşdıqlarını bildiriblər. Həmin məlumatlarda göstərilən xidmətlərə görə ödənişlərin də əks olunduğu qeyd edilir.

Məsələ qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçi eyni problemlə üzləşdiyini yazaraq, sistemdə əks olunan məlumatların həqiqəti əks etdirmədiyini iddia edib.

Qeyd edək ki, "mygov" platformasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində həm icbari tibbi sığorta, həm də ödənişli əsaslarla göstərilən tibbi xidmətlər, eləcə də digər dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlər barədə məlumatları izləmək mümkündür.

Xatırladaq ki, işləyən vətəndaşların əməkhaqlarından icbari tibbi sığorta haqqı tutulur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

Müəllif: Ucnoqta.az redaksiyası