Mərkəzi Afrika Respublikasında (MAR) vəba xəstəliyi baş verib və nəticədə 24 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, MAR-ın səhiyyə və əhali naziri Pyer Somse bu barədə milli televiziyada açıqlama verib.
Nazir bildirib ki, bu günə qədər 197 vəba xəstəliyi aşkarlanıb.
Epidemiyanın episentri ölkənin cənub-qərbində, Bimbo və Mbaiki rayonlarındadır. İlk yoluxma halı 14 iyunda aşkar edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 14 Afrika ölkəsində vəba xəstəliyi qeydə alınıb.