Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb

10:23 - 27 İyun 2026 tarixində dərc olunub.

İyunun 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası