Ucnoqta.az
www.ucnoqta.az

Emin Əmrullayev BDU-ya yeni prorektor təyin etdi

14:47 - 26 İyun 2026 tarixində dərc olunub.

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.

Ucnoqta.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.  

Xatırladaq ki, Mirzə Rəşid oğlu Mirzəyev 29 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub.

1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsinə daxil olub.

1984-1986-ci illərdə hərbi xidmət keçib.

Müəllif: Ucnoqta.az redaksiyası