Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda 49 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

13:27 - 25 İyun 2026 tarixində dərc olunub.

Qaradağ rayonunda daş karxanasında işləyən 49 yaşlı kişi yıxılaraq ölüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində baş verib.

Cəlilabad rayon sakini 1977-ci il təvəllüdlü Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası