Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

10:55 - 25 İyun 2026 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İyunun 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 4 tüfəng, 8 patron darağı və 292 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası