Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 74 nəfər saxlanılıb

10:29 - 25 İyun 2026 tarixində dərc olunub.

 İyunun 24-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 209, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası