Ucnoqta.az
www.ucnoqta.az

ABŞ zəlzələdən sonra Venesuelaya yardım göstərməyə hazırlaşır

07:12 - 25 İyun 2026 tarixində dərc olunub.

ABŞ administrasiyası Venesuelada baş verən zəlzələdən sonra Venesuela hakimiyyəti ilə əlaqə saxlayır və ölkəyə yardım göstərməyə hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau X-də yazıb.

"ABŞ bu axşam baş verən dağıdıcı zəlzələlərdən sonra Venesuela xalqı ilə həmrəydir. Biz hakimiyyət orqanları ilə əlaqə saxlayırıq və yardım hazırlayırıq", - deyə o, bildirib.

Venesuelada zəlzələ 24 iyun axşamı baş verib: təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. 

Müəllif: Ucnoqta.az redaksiyası