Yaponiyada 7,2 bal gücündə zəlzələ nəticəsində ən azı beş nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo Xəbər Agentliyi məlumat yayıb.
Xəsarət alanların İvate və Aomori prefekturalarında olduğu bildirilir.
25 iyun səhəri Yaponiyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ baş verib. Ölkənin Milli Meteorologiya Administrasiyasının məlumatına görə, zəlzələnin episentri İvate prefekturasının şərqindəki Sakit Okeanda, 50 kilometr dərinlikdə olub.
Yapon seysmoloqları əvvəlcə zəlzələnin gücünü 6,9 bal olaraq qiymətləndirsələr də, sonradan onu 7,2-yə çatdırıblar. Zəlzələdən sonra sunami xəbərdarlığı verilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.