Ucnoqta.az
www.ucnoqta.az

Messi 39 yaşını belə qeyd etdi - FOTO

00:07 - 25 İyun 2026 tarixində dərc olunub.

Argentinalı hücumçu Lionel Messi çərşənbə günü 39 yaşını qeyd etdi.

Ucnoqta.az xəbər verir ki, Messi İnstaqram səhifəsində paylaşım edib. Paylaşımda onun Argentina milli komandasındakı komanda yoldaşları Rodrigo de Paul, Lisandro Martínez, Leonardo Paredes, Nikolas Otamendi, Giovani Lo Celso və Nahuel Molina ilə birlikdə çəkdirdiyi fotosu yer alıb.

 Futbolçunun özü təbriklərə görə onlara təşəkkür edib.

"Dünən gecə xoş sürprizlə başladıq. Təşəkkür edirəm", - deyə o yazıb.
Argentina Prezidenti Xavyer Miley də Messini ad günü münasibətilə təbrik edib.

Müəllif: Ucnoqta.az redaksiyası