Ölkənin Milli Meteorologiya Agentliyinin (Aemet) məlumatına görə, 23 iyun İspaniyada 1950-ci ildən bəri ən isti gün olub.
Ucnoqta.az xəbər verir ki, Agentlik bu barədə X-də məlumat yayıb.
Qeyd olunur ki, 23-ü, çərşənbə axşamı, İspaniyada ən azı 1950-ci ildən bəri ümumilikdə iyunun ən isti günü olub. Ölkədə orta temperatur 28,2 dərəcə Selsiyə yüksələrək bir gün əvvəl qeydə alınan 28,1 dərəcə Selsi rekordunu qırıb.
22 iyunda Aemet həddindən artıq istilər səbəbindən demək olar ki, bütün ölkə üçün hava xəbərdarlığı edib.