Ucnoqta.az
www.ucnoqta.az

Qəzza Sülh Şurasının iclası bu tarixlərdə Kiprdə keçiriləcək

16:46 - 24 İyun 2026 tarixində dərc olunub.

Qəzza Sülh Şurasının iclası 30 iyun - 1 iyul tarixlərində Kiprdə keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ingilisdilli In-Cyprus xəbər portalı Kipr hökumətinin rəsmi sözçüsü nazir Konstantinos Letympiotisə istinadən məlumat yayıb.

Letympiotis qeyd edib ki, şura 30 iyun və 1 iyul tarixlərində Kiprdə görüşəcək.

Onun sözlərinə görə, forumda Sülh Şurasının, Qəzza İdarəetməsi üzrə Milli Komitənin (NCAG) və Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenovun ofisinin nümayəndələri iştirak edəcək. O əlavə edib ki, iclasda iştirak edən bir neçə rəsmi şəxs artıq Kipr xarici işlər naziri ilə görüşlər tələb edib.

Müəllif: Ucnoqta.az redaksiyası