Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə evin həyətindən meyit tapıldı

11:32 - 24 İyun 2026 tarixində dərc olunub.

Füzulidə kişi evinin həyətində ölü halda tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Zobucuq-2 qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 84 yaşlı Cavanşir Şamil oğlu Bayramovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir.

Müəllif: Ucnoqta.az redaksiyası