Ucnoqta.az
www.ucnoqta.az

Müəllimlərin sertifikatlaşdırılmasının 5-ci günü

10:56 - 24 İyun 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, iyunun 17-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

Ucnoqta.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin beşinci günündə tarix, riyaziyyat, coğrafiya və informatika müəllimlərinin iştirakı nəzərdə tutulub. 

İyunun 25-dək davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.

Müəllif: Ucnoqta.az redaksiyası