Ucnoqta.az
www.ucnoqta.az

AB-Qazaxıstan viza danışıqları başa çatıb - Fon der Lyayen

19:30 - 23 İyun 2026 tarixində dərc olunub.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa İttifaqı ilə Qazaxıstan arasında viza sadələşdirilməsi ilə bağlı danışıqlar demək olar ki, başa çatıb.

Ucnoqta.az xəbər evrir ki, Fon der Lyayen Brüsseldə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı qeyd edib ki, viza sadələşdirilməsi və readmissiya sazişləri üzərində fəal şəkildə işlənilir. Bu məsələlər üzrə danışıqlar demək olar ki, başa çatıb.

Onun sözlərinə görə, Aİ və Qazaxıstan qarşılıqlı ticarət və investisiyalara yeni təkan vermək üçün ticarət münasibətlərində qalan maneələrin aradan qaldırılması məsələlərini müzakirə etməlidirlər.

Avropa Şurasının prezidenti António Kosta da danışıqlarda iştirak edib.

Müəllif: Ucnoqta.az redaksiyası