Ucnoqta.az
www.ucnoqta.az

Oğurladığı 250 ədəd bahalı “poz-qazan”dan cəmi 191 manat uduş çıxdı

17:52 - 23 İyun 2026 tarixində dərc olunub.

Salyan şəhəri, Nizami küçəsində yerləşən mağazadan oğurluq edən 1989-cu il təvəllüdlü Xəyyam Əlizadə cinayət məsuliyyətinə cəlb olunub.

Ucnoqta.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs mağazadan ümumilikdə 655 manat dəyərində lotereya oğurlayıb.

Lotereyaların böyük əksəriyyətinin qiyməti 5-10 manat təşkil edib. 

Cinayətkar qanunsuz olaraq ələ keçirdiyi 250 ədəd “poz-qazan” tipli lotereyaları ələ keçirdikdən sonra xanaları pozub və cəmi 191 manatlıq uduş çıxıb.

Oğurluqla yanaşı, Cinayət Məcəlləsinin digər maddələri ilə də təqsirləndirilən şəxs 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Ucnoqta.az redaksiyası